azadses.az » Siyasət » Ərdoğanın sözçüsü: “Həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa...”

Ərdoğanın sözçüsü: “Həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa...”

Türkiyənin Silahlı Qüvvələri müdafiə sahəsində çoxdan Azərbaycan tərəfi ilə fəal və sıx qarşılıqlı əlaqədədirlər.
''Azad Səs'' xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib.
O, qeyd edib ki, Türkiyənin hərbi qulluqçuları Qarabağda olacaqlar.
“Yəni müəyyən mənada biz çoxdan Azərbaycandayıq. İndi Cənubi Qafqaza hərbi qulluqçuların göndərilməsi haqqında fərmanın layihəsi parlamentdən keçib. Bu o deməkdir ki, biz monitorinq mərkəzinin hissəsi kimi Qarabağda olacağıq", - Türkiyə liderinin mətbuat katibi deyib.
İbrahim Kalın diqqəti Qərbdəki müəyyən dairələrin Rusiya hərbçilərinin Dağlıq Qarabağa daxil olması ilə bağlı narahatlığına cəlb edib. "Qarabağa Rusiya hərbçilərinin olmasına narahatlığını ifadə edənlər nədənsə Ermənistanda Rusiya hərbi bazasının mövcudluğunu susurlar. Əgər siz həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa, onda Rusiya Federasiyasının hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edin. Amma sizin buna gücünüz yoxdur!", - Kalın deyib.
Türkiyə prezidentinin mətbuat katibi xatırladıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması haqqında razılaşma təşəbbüsü ilə çıxış edəndə rəsmi Ankara bu ideyanı dəstəkləyib, amma razılıq əldə edilməyib. Bu, Fransanın özünə də aiddir.
"Nə NATO, nə də Avropa Birliyi faktiki olaraq Qarabağ üzrə konkret və reallaşdırılan təkliflə çıxış etdi, halbuki Moskva və Ankara 30 illik münaqişənin nizama salınması üzrə qarşılıqlı anlaşmaya nail ola bildi", - Kalın deyib.
Onun sözlərinə görə, Rusiya ilə Qarabağ üzrə Monitorinq mərkəzinin fəaliyyəti üzrə danışıqlar davam edir. "Dialoqun birinci mərhələsi qurtardı. Rusiya tərəfi Ankaranın mövqeyi haqqında məlumatlandırılıb. İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimatları alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin yeri və iş prinsiplərini müəyyən ediləcək. Kimin nəyə məsul olması dəqiq müəyyənləşdiriləcək. Hər halda Türkiyə hərbi qulluqçuları Qarabağ üzrə mərkəzdə olacaqlar", - Kalın əlavə edib.Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar