azadses.az » Siyasət » Ruslar Xankəndində, Türkiyə hərbçiləri Şuşada...

Ruslar Xankəndində, Türkiyə hərbçiləri Şuşada...

Rusiya sülhməramlıları Xankəndində olduğu üçün Türkiyə hərbçiləri Şuşada yerləşəcək. Amma təbii ki, Türkiyə bayraqlı hərbi maşınları bütün Qarabağda görə biləcəyik. Beləliklə, Türkiyə Böyük Millət Məclisinin noyabrın 17-də verdiyi rəsmi qərarla Türkiyə hərbçilərinin Qarabağda rolu artıq rəsmiləşdi.
 
Türkiyə Prezident Administrasiyasından Türkiyə parlamentinə təqdim olunan və təsdiqlənən qanun layihəsindən də görünür ki, Türkiyənin Azərbaycana göndərməyi planlaşdırdığı heyət sadəcə Ortaq Monitorinq Mərkəzində fəaliyyət göstərəcək kiçik hərbi və mülki heyətdən ibarət olmayacaq. Azərbaycana gələcək Türkiyə əsgərlərinin sayını və konkret məqsəd və hədəflərini də yalnız Prezident Ərdoğan müəyyənləşdirəcək.
 
Və bu çərçivəyə mətndən də görünür ki, sərhədlərin qorunmasından tutmuş, bir çox məsələlərə də müdaxilə etmək imkanı salınacaqdır. Bu da o deməkdir ki, Azərbaycana gələcək olan sıradan bir heyət deyil, konkret səlahiyyətlərlə gələn Türkiyə qoşunudur. Bu o deməkdir ki, artıq hansısa başqa böyük dövlətlər istədiyini oldu-bitdi ilə həyata keçirə bilməyəcək və Azərbaycanın ərazi bütünlüyü təmin ediləcək, sərhədlərdə Türk qoşunları dayana biləcək. Hətta Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və yeni çəkiləcək yolda belə. Çünki yaxın perspektivdə Rusiyanın Türkiyə ilə uzlaşması rusların geosiyasi maraqlarına da uyğundur.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda Rusiya ilə Monitorinq Mərkəzində iştirakı ikitərəfli razılaşmada əldə olunub. Artıq Türkiyə sülhməramlı qüvvələrinin Azərbaycana göndərilməsi TBMM tərəfindən qəbul edildi. Deməli, Türkiyə hərbi qüvvələri Qarabağ ərazisində mövcud olacaq. Bura Hadrut, Şuşa, Xocavəndin ərazisini əhatə edə bilər: “Rusiya ilə masada Türkiyə ciddi müzakirələr aparır. Burada Türkiyə sülhməramli qüvvələrinin olması hərbi və siyasi cəhətdən Azərbaycanın maraqlarına xidmət edir.
 
Rusiya müəyyən şəkildə burada Azərbaycana istədiyini qəbul etdirə bilməyəcək. Həmçinin bu onu göstərəcək ki, burada nə Abxaziya, nə də Cənubi Osetiya presedenti olmayacaq. Türkiyə diplomatik müstəvidə ərazi bütövlüyü sənədlərində həlledici maraqlarımızı axıra kimi bizimlə qoruyacaq”.Azpolitika
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar