azadses.az » Siyasət » “Azərbaycanın Rusiyadakı səfirinin ya dünyadan xəbəri yoxdur, ya da...”

“Azərbaycanın Rusiyadakı səfirinin ya dünyadan xəbəri yoxdur, ya da...”

“Vətən Müharibəsinin qızğın vaxtı, əsgərlərimiz canları-qanları hesabına düşməni iti qovan kimi  qovanda, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağ ermənilərinə status verməkdən bəhs edirdi. O vaxt Azərbaycanın Rusiyadakı səfiri də dedi ki, ermənilər atəşi dayandırsın, biz "Dağlıq Qarabağa" muxtariyyat statusu verəcəyik... Amma sonra Ali Baş Komandan açıq bəyan etdi ki, status məsələsi yoxdur, status cəhənnəmə getdi, gorbagor oldu!”
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu filoloq alim, Nazirlər Kabinetinin Mətbuat xidmətinin sabiq rəhbəri Akif Əli deyib.
 
A.Əli xatırladıb ki, atəşkəs razılığı imzalananda yenə S.Lavrov deyib ki, Qarabağda ancaq Rusiya qoşunu olacaq, ora Türkiyə gələ bilməz: “Azərbaycanın Rusiyadakı səfiri də qayıtdı ki: "Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək"... Amma sonra Hulusi Akarla Sergey Şoyqu saziş imzaladı ki, Qarabağda Rusiya ilə birgə Türkiyə hərbçiləri də proseslərə nəzarət edəcək. Nəhayət, Rusiyaya məxsus helikopterlə baş verən hadisəni Azərbaycan tərəfi təsadüfi  adlandırıb üzrxahlıq etdi, səbəbini araşdırmaq üçün cinayət işi açıldı... Azərbaycanın Rusiyadakı səfiri isə dedi ki, əşi "на войне как на войне" da, yəni müharibədir də, vurmuşuq-vurmuşuq, nə olsun, müharibədə belə şeylər olur... Amma sonra Kreml bunun cavabında dedi ki, biz Bakının üzrxahlığını və etirafını qəbul etmişik, əgər səfirin dediyi kimi, olayı “müharibə qaydalarına uyğun" qəbul etsəydik, cavabımız çox sarsıdıcı olacaqdı... Qəribədir, Azərbaycanın Rusiyadakı səfirinin ya dünyadan xəbəri yoxdur, ya da ruhu həmişəki kimi Azərbaycan xalqının və dövlətinin mənafeyinə yox, özünün və yadların kefinə uyğun oxuyur... Elə isə... Nə isə!”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar