ABŞ idxal edilən avtomobillər, yarımkeçiricilər və əczaçılıq məhsullarına tariflər tətbiq edəcək
ABŞ hökuməti mart ayında idxal edilən avtomobillər, yarımkeçiricilər, əczaçılıq və taxta məhsullarına rüsumlar tətbiq etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Florida ştatının Mayami şəhərində Səudiyyə Ərəbistanı tərəfindən təşkil edilən investisiya forumunda deyib.
“Yaxın bir ayda və ya tez bir zamanda avtomobillər, yarımkeçiricilər, əczaçılıq məhsulları, dərmanlar və taxta-şalban idxalı üçün tarifləri elan edəcəyəm. Ola bilsin ki, bəzi digər məhsullar üçün də. Təbii ki, bunun Amerikaya böyük təsiri olacaq. Biz biznesimizi geri qaytarırıq” - deyə o, bildirib.
Daha əvvəl Tramp bildirib ki, ABŞ xarici avtomobillərə və idxal edilən əczaçılıq məhsullarına təxminən 25% rüsum tətbiq etmək niyyətindədir.