AFFA Premyer Liqaya yüksələcək komandalara birillik möhlət verəcək - EKSKLÜZİV
- Dünən, 17:19
- İdman
AFFA 2024/2025 mövsümünün sonunda Misli Premyer Liqasına yüksələcək klublara birillik möhlət verəcək.
Bu barədə "Report"a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Qurum rəsmisi "elita təmsilçilərinin qarşısına süni ot örtüyünün təbii olması ilə bağlı hansısa tələb qoyulacaqmı" sualını bu cür cavablandırıb:
"Başa düşürük ki, infrastrukturla bağlı müəyyən çətinliklər ola bilər. Lakin nəzərə almaq lazımdır ki, uzun illərdən sonra Misli Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Bu, Azərbaycanda futbol coğrafiyasının daha da genişlənməsi deməkdir. Biz bu il də görürük ki, regionlarda futbol nə dərəcədə sevilir və oyunlara nə qədər azarkeş gəlir. İlk dəfə I Liqadan 3 komanda elitaya gələcəyindən infrastrukturla bağlı bir illik möhlət nəzərdə tutulub".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsas 2025/2026 mövsümündə Misli Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Hazırda çempionatda 10 klub çıxış edir.