Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək
- Bu gün, 12:11
- Dünya
Kanada hökuməti ümumi dəyəri 155 milyard dollar olan ABŞ mallarına 25 faizlik cavab rüsumları tətbiq edəcək.
“Report” xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.
Trüdo əlavə edib ki, Ottava enerji və kritik minerallar sahəsində ABŞ-yə qarşı cavab tədbirlərini də nəzərdən keçirir.
Bu arada Meksika da ABŞ-nin rüsum artımı qərarına tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək.
ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə fərmanlar imzalayıb. Fərmanlarda Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcəyi göstərilir. Hətta Ağ Ev bəyan edib ki, Ottava cavab tədbirləri görərsə, ABŞ səlahiyyətliləri Kanadadan gələn mallara tarifləri artıra və ya genişləndirə bilər.