ABŞ-də aviaqəzanın 55 qurbanının qalıqları müəyyən edilib
ABŞ-nin hakimiyyət orqanları paytaxt Vaşinqtonda qəzaya uğrayan təyyarənin 55 qurbanının qalıqlarını müəyyən edə biliblər.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında şəhərin Yanğından Mühafizə və Təcili Tibbi Yardım Departamentinin rəhbəri Con Donelli deyib.
“İndiyədək 55 qurbanın şəxsiyyəti uğurla müəyyən edilib”, - o deyib.
Departament nümayəndəsi əlavə edib ki, mütəxəssislər fevralın 3-də təyyarənin qalıqlarının toplanması əməliyyatına başlayacaqlar.