Главная > Manset / Dünya > ABŞ-də aviaqəzanın 55 qurbanının qalıqları müəyyən edilib
ABŞ-də aviaqəzanın 55 qurbanının qalıqları müəyyən edilibDünən, 09:43. Разместил: azadses |
ABŞ-nin hakimiyyət orqanları paytaxt Vaşinqtonda qəzaya uğrayan təyyarənin 55 qurbanının qalıqlarını müəyyən edə biliblər. "Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında şəhərin Yanğından Mühafizə və Təcili Tibbi Yardım Departamentinin rəhbəri Con Donelli deyib. “İndiyədək 55 qurbanın şəxsiyyəti uğurla müəyyən edilib”, - o deyib. Departament nümayəndəsi əlavə edib ki, mütəxəssislər fevralın 3-də təyyarənin qalıqlarının toplanması əməliyyatına başlayacaqlar. Вернуться назад |