Ermənistan silahlı bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu dəfə rayonun Əskipara kəndində Əziz Səfərova məxsus evin həyətinə mərmi düşüb. Nəticədə 1000-dən çox ot bağlaması yanıb, tövləyə ziyan dəyib.