azadses.az » Siyasət » XİN başçısı: "Azərbaycan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə sadiq qalır" - VİDEO

XİN başçısı: "Azərbaycan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə sadiq qalır" - VİDEO

"2021-ci ilin yanvar ayında Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olacaq. Ötən illər ərzində təşkilatda üzvlük Azərbaycanda insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətin gücləndirilməsinə töhfə vermişdir və biz bu vacib işi davam etdirməyə hazırıq".
''Azad Səs'' -in xəbərinə görə. bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında çıxışı zamanı deyib.
"Avropa Şurasına üzv olarkən, Azərbaycan və Ermənistan Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə birgə öhdəlik götürmüşlər. Bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin qeyri-qanuni işğalı və 1 milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrilməsi ilə nəticələnmişdir. ATƏT-in Minsk Qrupu çərçivəsində son 28 il ərzində aparılan vasitəçilik səyləri Ermənistanda bir-birini əvəz etmiş hökumətlərin təcavüzkar və işğalçı siyasəti səbəbindən heç bir nəticə verməmişdir. Xatırlatmalıyam ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarında Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistan tərəfindən effektiv nəzarətin həyata keçirildiyini təsbit etmişdir. Hətta bu qərardan sonra belə, Ermənistan öz məsuliyyətini rədd etməkdə davam etmiş və buna görə heç bir tədbirə məruz qalmamışdır.
“Qarabağ-Ermənistandır” bəyanatı, eləcə də “yeni ərazilər uçün yeni müharibə” doktrinasının elan edilməsi də daxil olmaqla, təxribat səciyyəli silsilə addımlarının davamı olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyi 27 sentyabr tarixində Azərbaycana qarşı yeni hərbi təcavüzə başlamışdır. Hərbi əməliyyatların ilk günündən etibarən, Ermənistan Azərbaycanın sıx məşkunlaşmış və münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutmaqdadır. Bunun nəticəsində 12 uşaq daxil olmaqla, 91 nəfər mülki vətəndaş həlak olmuş, 400-dən artıq şəxs isə yaralanmışdır. Xüsusilə, çoxsaylı mülki şəxslərin qətli ilə nəticələnmiş Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə gecə saatlarında edilmiş iki ballistik raket hücumu, habelə Bərdə şəhərinə digər 2 qeyri-insani və xain raket hücumunu qeyd etmək istərdim. Ermənistanın açıq-aydın müharibə cinayəti təşkil edən bu əməlləri Avropa Şurası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır.
Azərbaycan Ermənistanın təcavüzünə cavab səciyyəli əks-hücum tədbirlərini BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə özünümüdafiə çərçivəsində aparır və bu xüsusda, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə sadiq qalır. Azərbaycan sadəcə Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinin icrasına çalışır. Avropa Şurası Parlament Assambleyasının 1416 (2005) və 1614 (2008) saylı qətnamələri BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə əməl olunmasını tələb edir və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağırır.
Bu, Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının sülh şəraitində birgəyaşayışının, eləcə də Avropa Şurasının iki üzv dövləti arasında davamlı sülhün və daha geniş bölgədə əmin-amanlığın bərqərar olunmasının ən qısa yoludur".Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar