azadses.az » Siyasət » Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

"Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir".
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin "Smerç" raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Mayakov Artur Vladimiroviç Gəncəyə bibisi gilə qonaq gəlmişdi. Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilmişdir", - Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev bildirib ki, hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir: "Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır. Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirlərinin proporsionallığı kimi tələblər ciddi şəkildə nəzərə alınır. Xankəndində olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan tərəfə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq. Mülki insanlara qarşı törədilmiş müharibə və hərbi cinayətlərə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar