azadses.az » Siyasət » Deputat: “İranda ermənilərə hər cür şərait yaradılıb, azərbaycanlılar isə sıxışdırılırlar” - FOTO

Deputat: “İranda ermənilərə hər cür şərait yaradılıb, azərbaycanlılar isə sıxışdırılırlar” - FOTO

“Azərbaycan həmişə İranla münasibətlərin qorunmasında maraqlı olub və əlaqələrin inkişafı üçün davamlı səylər göstərib. Amma həm Birinci, həm də İkinci Qarabağ müharibəsi vaxtında İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O deyib ki, Azərbaycan yenə də İranla hər zaman səmimi və dostluq münasibətləri qurmağa çalışıb:

“Hətta Vətən müharibəsindən sonra Prezident Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpünün dostluq və qardaşlıq körpüsü olduğunu dedi. Ancaq Tehran müharibədən əvvəl İrəvanı silahlandırmaqla yanaşı, sonrakı dövrdə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı müxtəlif bəyanatlar səsləndirirdi. İranın ikiüzlü siyasətini, əlbəttə, qəbul etmirik. İran bu cür yanaşmalara son qoymalıdır”.



C.Məmmədov vurğulayıb ki, İran bölgədə sabitliyin təmin olunmasında, keçmiş Qarabağ münaqişəsinin həllində maraqlı olmayıb:

“Tehran Bakının daha da güclənməsindən narahatdır. Azərbaycanın qələbəsi bir sıra dövlətləri, o cümlədən İranı ciddi narahat edir. İran bizi özünə din qardaşı hesab etmir, müsəlmanların yanında olduğunu bildirir. Lakin İran bunu söyləsə də, əməldə Ermənistanı dəstəkləyir. Bu, islam prinsiplərinə ziddir, qəbuledilən deyil. Azərbaycan bu məsələdə dəfələrlə mövqeyini bildirib”.

Milli Məclisin deputatı xatırladıb ki, Pəhləvilər sülaləsinə qədər İranda hakimiyyətdə olanlar azərbaycanlılar idi:

“Azərbaycanlılar uzun müddət İranın idarə olunmasında, dövlətçiliyin güclənməsində fəal iştirak ediblər. Amma bu gün İran bizim bu səylərimizi gözardı edir, azərbaycanlıları sıxışdırır, hüquqlarını məhdudlaşdırır. Əlbəttə, bu, başadüşülən deyil. Halbuki orada yaşayan ermənilər üçün hər cür şərait yaradılıb. Məktəbləri, kilsələri, ictimai təşkilatları sərbəst fəaliyyət göstərir.

İkinci bir tərəfdən, İran oradakı azərbaycanlıların öz doğma dilində təhsil almalarına mane olur. Fəqət, dediyim kimi, oradakı ermənilərə münasibət belə deyil. Orada yaşayan azərbaycanlıların hüquqlarının pozulması beynəlxalq hüquqa da ziddir. Bu münasibət bizi ciddi narahat edir. İran bu siyasətə son qoymalıdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar