azadses.az » Siyasət » Sabah Aİ liderləri Parisdə Ukraynanı müzakirə edəcək

Sabah Aİ liderləri Parisdə Ukraynanı müzakirə edəcək

Avropa İttifaqı ölkələrinin liderləri Rusiyanın Ukraynaya hücumları, mövcud sanksiyaların təsirləri, yeni sanksiyalar, enerji bazarı, Ukraynanın üzvlük müraciəti, qaçqınlar, müdafiə və ərzaq kimi müxtəlif mövzuları müzakirə edəcəklər.

“Azadsəs.az” xəbər verir ki, Aİ-yə üzv olan 27 ölkənin liderləri sabah Paris yaxınlığındakı Versal sarayında Fransanın ev sahibliyi ilə bir araya gələcək.

İki gün davam edəcək Aİ Liderlər Zirvəsi zamanı Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzusu olacaq.

Liderlər, həmçinin, SWIFT sistemindən çıxarıla biləcək əlavə Rusiya bankları məsələsini də müzakirə edəcəklər.

Rusiyaya qarşı əlavə sanksiyaların hansı şərtlər altında həyata keçirilə biləcəyi də müzakirə olunacaq. Bəzi ölkələr limanların Rusiya gəmiləri üçün bağlanmasını istədiyi üçün bu məsələnin də gündəmə gəlməsi gözlənilir.

Aİ-nin ABŞ və Böyük Britaniya kimi Rusiyadan neft idxalına qadağası da müzakirə olunacaq. Aİ ölkələri neft baxımından Rusiyadan çox asılıdır və bununla bağlı sürətli addımlar gözlənilmir.

Ukrayna ilə yanaşı, Moldova və Gürcüstan da Aİ-yə üzvlük üçün müraciət edib. Liderlər bu məsələni də müzakirə edəcəklər.

Liderlər, həmçinin, Aİ-nin 2015-2016-cı illərdən bəri üzləşdiyi ən böyük qaçqın axını məsələsini də təhlil edəcəklər. Bu kontekstdə Aİ liderləri son iki həftədə Ukraynadan gələn 2 milyon qaçqını və yeni gələnlərə necə dəstək veriləcəyini də müzakirə edəcəklər.

Sammitdə müdafiə sahəsi də müzakirə olunacaq mövzulardan biridir. Rusiyanın Ukraynaya hücumundan sonra Avropada təhlükəsizlik məsələsi daha da ön plana çıxıb. Almaniya müdafiə xərclərini sürətlə artıracağını açıqlayıb. Aİ liderləri müdafiə xərcləri və potensialının artırılması ilə bağlı razılığa gəliblər. Bu sahədə atıla biləcək yeni addımlar liderlər səviyyəsində müzakirə olunacaq.

Görüşlərdə müzakirə olunacaq digər mühüm mövzu enerjidir. Liderlər təbii qaz, neft və kömür baxımından Rusiyadan asılılığını azaltmaq üçün atacaqları addımları müzakirə edəcəklər. Bu baxımdan üzv ölkələr Rusiyadan asılılığı sürətlə azaltmağı qarşılarına ümumi məqsəd qoyublar.

Enerji təchizatı təhlükəsizliyi ilə yanaşı, son dövrdə sürətlə artan neft və təbii qaz kimi məhsulların qiymətləri də qiymətləndiriləcək. Bununla bağlı görüləcək tədbirlər müzakirə olunacaq.

Bundan başqa qida məsələsi də liderlərin gündəmində olacaq. Rusiya və Ukrayna qlobal buğda bazarının 30 faizini təşkil edir. Hazırda bu bazarlarda dalğalanma var. Üzv ölkələrin qida ilə bağlı nə edə biləcəyi liderlər səviyyəsində müzakirə olunacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar