azadses.az » Siyasət » “Rusiya Ukrayna ilə müharibə üçün şaxtaların düşməsini gözləyir”

“Rusiya Ukrayna ilə müharibə üçün şaxtaların düşməsini gözləyir”

ABŞ kəşfiyyatının nümayəndələri avropalı müttəfiqləri xəbərdar ediblər ki, Rusiya Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə üçün şaxtaların düşməsini gözləyir.

"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “CBS News” telekanalı amerikalı rəsmilərə istinadən bildirir.

Xəbər verildiyi kimi, Rusiya son bir ayda Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməkdədir. Bundan əvvəl də ABŞ kəşfiyyatı rəsmən Avropanı xəbərdar etmişdi ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə planı var.
Məlumata görə, ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya hücuma başlamaq üçün şaxtaların düşməsini gözləyir və havaların soyuması ilə hərbi müdaxilə riski də artacaq. Belə ki, Rusiya ordusu qış şəraitində daha yaxşı döyüşmək qabiliyyətinə malikdir və şaxta Ukrayna ordusunun əleyhinə işləyə bilər.

“Müdaxilə hava şərtlərindən asılıdır, amma Qərbin müdaxiləsi olmasa bir neçə həftə ərzində başlaya bilər”, - telekanalın kəşfiyyata istinadən yaydığı məlumatda deyilir.

“The New York Times” qəzeti də Rusiyanın Ukraynaya qarşı tezliklə hərbi əməliyyata başlayacağı haqda xəbərlər alıb. Qəzetin yazdığına görə, ABŞ özünün avropalı müttəfiqlərini əmin edir ki, Rusiya tezliklə Ukrayna ərazisinə müdaxilə edəcək və Moskvanın bu planlarına mane olmaq üçün təcili hərəkətə keçmək lazımdır. Amerikalı məmurların hesab etdiyi kimi, bunun üçün birgə sanksiyalar paketi qəbul etmək lazımdır.
Qəzetin xəbərində deyilir ki, amerikalı rəsmilər Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunlarla bağlı nə edəcəyini hələ qərarlaşdırmayıb. “Lakin Amerika kəşfiyyatının nümayəndələri müttəfiqləri xəbərdar edir ki, Rusiyanın Ukraynaya müdaxiləsini əngəlləmək üçün çox az vaxt qalır və onlar Avropa ölkələrini Moskvanı çəkindirmək üçün birgə iqtisadi-hərbi tədbirlər paketinin hazırlanmasına inandırmağa çalışırlar”, - qəzet bildirir.

Qeyd olunur ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Evril Heyns ötən həftə Brüsselə səfər edərək Rusiyanın Ukraynaya müdaxilə planlarının detallarını NATO ölkələrinin hərbi nümayəndələri ilə müzakirə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar