azadses.az » Siyasət » Hulusi Akar: "Azərbaycanlı qardaşlarımızın haqlı davalarında sonunadək yanlarında olacağıq"

Hulusi Akar: "Azərbaycanlı qardaşlarımızın haqlı davalarında sonunadək yanlarında olacağıq"

“Şanlı ordumuz yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan aldığı feyz ilə dost, qardaş, məzlum və məğdur ölkələrin əmin-amanlığı və təhlükəsizliyi üçün də mübarizə aparır; BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycanda, Liviyada, Kosovoda, Əfqanıstanda, Bosniya və Herseqovinada, Qətərdə, Somalidə, Sudanda və bir çox yerdə sülhə töhfə vermək üçün böyük səylə çalışır”.

“Azad Səs” xəbər verir ki, bu, Türkiyə milli müdafiə naziri Hulusi Akarın Sarıqamış Şəhidlərini Anma Günü ilə əlaqədar açıqlamasında bildirilib.

“Sarıqamış Hərəkatının 106-cı ildönümündə vətən, millət və bayraq uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik.

Milli və mənəvi dəyərlər uğrunda şəhid və qazi olmağı ən yüksək mərtəbə sayan millətimiz şəhidlərimizin və qazilərimizin qəhramanlıq və fədakarlıqlarını əbədi olaraq vəfa duyğuları ilə xatırlayacaq, əziz xatirələrini sonsuzadək yaşadacaq.

Köklü və nəcabətli millətimizin bağrından çıxan və peyğəmbər ocağı olaraq da bilinən şanlı ordumuzun ən böyük ilham mənbəyi də şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq və fədakarlıqlarıdır.

Türkiyə Silahlı Qüvvələri torpağı vətən edən əcdadlarımızdan aldığı ilhamla və millətimizin sevgisi, inamı və duasından aldığı güc ilə vətənimizin, mavi vətənimizin (Türkiyənin akvatoriyası nəzərdə tutulur – “Report”), səmalarımızın və 83 milyon vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün başda FETÖ, PKK/YPG və İŞİD kimi terror təşkilatları olmaqla hər cür təhdid və təhlükəyə qarşı “Ölərsəm şəhid, qalarsam qazi!” anlayışı ilə əzm və qətiyyətlə mübarizə aparır.

Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “bir millət, iki dövlət” ifadəsinin xüsusi örnəyini sərgiləyən qardaş Azərbaycan xalqının Nargin adasında (indiki Böyük Zirə adası – “Report”) zorla saxlanılan mehmetçiklərimizə etdiyi yardımları da minnət və şükranla anırıq.

Biz də can qardaşlarımızın haqlı davalarında sonunadək bütün imkanlarımızla yanlarındayıq, azərbaycanlı qardaşlarımız ilə kədərdə və sevincdə bir və bərabərik.

Bu duyğu və düşüncələrlə Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını, Sarıqamış şəhidləri başda olmaqla bütün əziz şəhidlərimizi, əbədiyyətə qovuşan qəhrəman qazilərimizi bir daha hörmət və ehtiramla yad edir, qəhrəman qazilərimizə, şəhid və qazilərimizin dəyərli ailələrinə sayğı və təşəkkürümü bildirirəm”, - H.Akar vurğulayıb.

Qeyd edək ki, Sarıqamış hərəkatı Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə, 1914-cü il dekabr ayından 1915-ci il yanvarınadək Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi sonucunda Rusiya çarlığının qələbəsi, türklərin on minlərlə əsgərini itirməsi ilə nəticələnib.Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar