azadses.az » Siyasət » Qarabağda 3 radio kanalı yayımlanacaq

Qarabağda 3 radio kanalı yayımlanacaq

Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib. 

MTRŞ-dan bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayım infrastrukturunun bərpası işlərindəki son durum və həmin ərazilərdə televiziya və radio yayımının təşkili məsələsi müzakirə olunub.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssislərinin işğaldan azad olunmuş ərazilərdə teleradio yayımı infrastrukturunun bərpasının hazırki vəziyyəti barədə Milli Televiziya və Radio Şurasının Texniki nəzarət şöbəsinə məlumatı dinlənilib.

Müzakirələrdən sonra Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Radio Televiziya Yayım Stansiyaları (RTYS) vasitəsilə ölkə üzrə sosial (açıq) paketdə olan televiziya kanallarının və 3 ümumölkə radio kanalının (Azərbaycan Radiosu, İctimai Radio və ASAN Radio) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərarlar qəbul edilib. İclasda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə digər ümumölkə radio kanallarının da həmin ərazilərdə yayımının təşkili nəzərə alınacaq.

İclasda həmçinin “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə də baxılıb. Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC Televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar