azadses.az » Siyasət » Azərbaycan Zəngəzuru bu cür geri qaytara bilər - DETALLAR AÇIQLANDI

Azərbaycan Zəngəzuru bu cür geri qaytara bilər - DETALLAR AÇIQLANDI

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Ermənilərin “könlünü almaq üçün” Rusiya K(b)P-nin Qafqaz Bürosunun təkidi ilə 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasında Zəngəzur mahalının bir hissəsi (3.637 kv. verstlik hissəsi) Ermənistana verildi. Halbuki Paris Sülh Konfransı ilə bu ərazi ADR-nin beynəlxalq hüquqla tanınan ərazisi kimi göstərilmişdi.

Maraqlıdır, bu qanunsuzluğun ləğvi proseduru beynəlxalq hüquqa görə necədir?

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, məsələ bağlı Axar.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Azərbaycan indiki halda Zəngəzur məsələsini beynəlxalq müstəvidə aktuallaşdıra bilər:

“Zəngəzurun hansı şərtlərdə, nəyin qarşılığında Ermənistana verilməsi məlumdur. SSRİ Ermənistanın sovetləşməsi qarşılığında Zəngəzuru heç bir hüquqi əsas olmadan, ən əsası da Azərbaycan xalqının razılığı olmadan verib. Bu rəsmi sənədlərlə də var. Digər tərəfdən, Paris Sülh Konfransında Azərbaycan, Ermənistan və Gürcüstan dövlətlərinin ərazisi rəsmi şəkildə təsdiqlənib. Zəngəzur mahalı da ADR ərazisi kimi qəbul edilib. Bu və digər rəsmi tarixi sənədlərlə məsələni BMT miqyasında, MDB və digər beynəlxalq təşkilatlarda səsləndirə bilərik”.

Hüquqşünas bildirib ki, bu prosesin nə qədər uğurlu və ədalətli olacağını demək çətindir:

“Buna baxmayaraq, biz ən azı dünya ictimaiyyətinin diqqətini bu mövzuya yönəldə, bu istiqamətdə böyük bir prosesə başlaya bilərik. Əsas məsələ də odur ki, dünyaya əslində Ermənistanın necə yarandığı və 1918-ci ildə beynəlxalq aləm tərəfindən tanınan ərazilərimizin bir hissəsinin qanunsuz olaraq, referendum keçirilmədən, xalqın razılığı olmadan ermənilərə necə verildiyini sübut edə bilərik. Gerisi isə gələcəyin işidir”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar