Главная > Manset / İqtisadiyyat > Con Patterson: "COP29 Azərbaycanda Britaniya biznesi üçün yeni imkanlar açıb"

Con Patterson: "COP29 Azərbaycanda Britaniya biznesi üçün yeni imkanlar açıb"


Dünən, 16:31. Разместил: azadses
Böyük Britaniya və Azərbaycan arasında neft-qaz sektorundakı əməkdaşlığa əsaslanan güclü iqtisadi əlaqələr mövcuddur. Lakin Britaniya şirkətləri Azərbaycanın qeyri-neft sektoru, məsələn, İT, bərpa olunan enerji, infrastruktur və maliyyə kimi sahələrlə getdikcə daha çox maraqlanır. Azərbaycandakı Britaniya Ticarət Palatası yerli bizneslə işgüzar əlaqələrin gücləndirilməsində və investisiyaların cəlb edilməsində mühüm rol oynayır.

Palatanın sədri Con Patterson “Report”a müsahibəsində palatanın işləri, ölkələr arasında ticarət perspektivləri, Britaniya biznesinin Azərbaycanın qeyri-neft sektoruna marağı, investorlar üçün yeni imkanlar və digər aktual mövzulardan danışıb.

- Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz, ikitərəfli ticarət və investisiyaların əsas hərəkətverici qüvvələri hansı sektorlardır?

- Neft-qaz sektoru ikitərəfli ticarət və investisiyaların əsas hərəkətverici qüvvəsi olmaqda davam edir. Azərbaycandakı ən böyük investorlardan biri olan neft-qaz nəhəngi BP və Böyük Britaniyanın digər şirkətləri artıq Azərbaycanda bu sənayenin inkişafına mühüm töhfələr veriblər. Lakin onların ölkə iqtisadiyyatına töhfə vermək potensialı hələ tam üzə çıxarılmayıb.

Böyük Britaniya və Azərbaycan arasında neft-qaz sektorundakı əməkdaşlığa əsaslanan güclü iqtisadi əlaqələr mövcuddur. Lakin Britaniya şirkətləri Azərbaycanın qeyri-neft sektoru, məsələn, İT, bərpa olunan enerji, infrastruktur və maliyyə kimi sahələrlə getdikcə daha çox maraqlanır. Azərbaycandakı Britaniya Ticarət Palatası yerli bizneslə işgüzar əlaqələrin gücləndirilməsində və investisiyaların cəlb edilməsində mühüm rol oynayır.

Palatanın sədri Con Patterson “Report”a müsahibəsində palatanın işləri, ölkələr arasında ticarət perspektivləri, Britaniya biznesinin Azərbaycanın qeyri-neft sektoruna marağı, investorlar üçün yeni imkanlar və digər aktual mövzulardan danışıb.

- Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz, ikitərəfli ticarət və investisiyaların əsas hərəkətverici qüvvələri hansı sektorlardır?

- Neft-qaz sektoru ikitərəfli ticarət və investisiyaların əsas hərəkətverici qüvvəsi olmaqda davam edir. Azərbaycandakı ən böyük investorlardan biri olan neft-qaz nəhəngi BP və Böyük Britaniyanın digər şirkətləri artıq Azərbaycanda bu sənayenin inkişafına mühüm töhfələr veriblər. Lakin onların ölkə iqtisadiyyatına töhfə vermək potensialı hələ tam üzə çıxarılmayıb.

Britaniyanın Baş naziri Kir Starmerin və ölkənin yüksək vəzifəli hökumət rəsmilərindən ibarət böyük nümayəndə heyətinin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli münasibətlərin dəyərini göstərir. Bu, həmçinin Birləşmiş Krallığın Azərbaycanla ticarət əlaqələrini genişləndirmək və daha çox Britaniya şirkətlərini ölkəyə cəlb etmək istəyini əks etdirir.

Müasir dünyada qeyri-neft sektorunun inkişafını stimullaşdıran və ona marağı artıran qalıq yanacaqlardan istifadənin azaldılması tendensiyası müşahidə olunur. Bu da öz növbəsində neft-qaz sənayesindən kənara çıxaraq xarici ticarəti şaxələndirmək istəyini artırır.

Britaniya müxtəlif sahələrdə güclü mövqelərə malikdir və bu, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni perspektivlər açır. Məsələn, dünyanın aparıcı təhsil mərkəzlərindən biri olan London Bakıdan uçuşla cəmi beş saatlıq məsafədədir. Bu da təhsil sahəsində əməkdaşlığı daha da əlçatan və səmərəli edir.

İkitərəfli ticarətin və investisiyaların genişlənməsinə töhfə verən əsas amillərdən danışarkən tikinti sektorunda böyük perspektivlərin olduğunu görürük. Layihələri ilə dünyada tanınan britaniyalı memarlar öz dəyərli biliklərini azərbaycanlı həmkarları ilə bölüşə bilərdilər.

Həmçinin Britaniya kibertəhlükəsizlik və biznes təlimlərində, xüsusən də süni intellektdən istifadə ilə proqramlaşdırma sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Hazırda biz İT sektorunu, xüsusilə də kibertəhlükəsizlik və süni intellektin inkişafı sahəsini fəal şəkildə inkişaf etdiririk.

Bundan əlavə, ölkələrimiz kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq üçün böyük potensiala malikdir.

- Hazırda Azərbaycanda həm neft, həm də qeyri-neft sektorunda nə qədər Britaniya şirkəti fəaliyyət göstərir?

- Azərbaycandakı Britaniya Ticarət Palatasının hazırda 110-a yaxın üzvü var. Eyni zamanda Palatanın üzvü olmayan Britaniya şirkətləri və əksinə, Britaniyadan olmasa da, Birləşmiş Krallıq ilə biznes aparan şirkətlər var.

Artıq ölkədə aktiv fəaliyyət göstərən şirkətlərin sayı, güman ki, 400-ə yaxındır. Bu şirkətlərdə xeyli sayda azərbaycanlı çalışır.

Şirkətlərimizin əksəriyyəti neft-qaz sektorunda təmsil olunur - biz ənənəvi olaraq bu sahəyə diqqət yetirmişik. Bununla belə, biz fəal şəkildə qeyri-neft sektorundakı şirkətlərin sayını artırmağa çalışırıq, çünki artıq qeyd etdiyim kimi, burada ciddi artım və inkişaf müşahidə olunur.

Düşünürəm ki, qeyri-neft sektorlarına marağın artması daha çox bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı və COP29-un müsbət nəticələri ilə bağlıdır.

Bəziləri iqlim dəyişikliyinin insan fəaliyyəti ilə bağlı olmadığını, təbii proses olduğunu iddia edə bilər. Amma təkcə Pekində havanın keyfiyyətinə baxmaq kifayətdir. Ənənəvi emissiyaları olmayan elektrikli nəqliyyat vasitələrinə keçidlə yaranmış fərq heyranedicidir. Hava nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və bu, ekoloji cəhətdən təmiz texnologiyaların təsirinin bariz nümunəsidir.

- Dayanıqlı inkişaf və innovasiya beynəlxalq biznesdə prioritetlərə çevrildiyindən Palata bu problemlərin həllində Azərbaycandakı Britaniya şirkətlərinə necə dəstək olur?

- Yaxşı sualdır. Britaniya şirkətlərinin əksəriyyətində innovasiya və dayanıqlılıq məsələləri baş ofis səviyyəsində həll olunur. Məhz o, bu innovativ və dayanıqlı ideyaları həyata keçirir: şirkət yeni yanaşmalar və texnologiyalar işləyib hazırlayır, sonra isə onları başqa ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq etmək üçün uyğunlaşdırır.

Britaniya Ticarət Palatası da öz növbəsində müəyyən bacarıqlar üzrə təlimlər keçirilməsinə dəstək verməyə hazırdır. Məsələn, London İmperial Kolleci və Kembric Universiteti dayanıqlı inkişaf ideyasının tərkib hissəsi olan “yaşıl” biliklər üzrə kurslar açmağı planlaşdırır. Bu kurslar həm onlayn, həm də şəxsi təlim kimi təklif oluna bilər, onlara həm ayrı-ayrı iştirakçılar, həm də əməkdaşlarını öyrətməyi seçən şirkətlər qatıla bilər. London İmperial Kolleci bu xidməti biznes təklifinin bir hissəsi kimi təqdim edəcək.

Bu təşəbbüs bizə imkan verir ki, təkcə britaniyalılara deyil, həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq icmaya, eləcə də yerli şirkətlərə qlobal tendensiyalar haqqında müasir biliklər əldə etmək və gələcəyin necə inkişaf edəcəyini anlamaq imkanı yaradaq. Bundan əlavə, bu, onlara qanunvericilik və biznes strategiyasını qlobal çağırışlara uyğunlaşdırmaq üçün lazımi addımları müəyyən etməyə kömək edə bilər.

- Ölkələrimiz arasında biznes missiyaları haqqında nə deyə bilərsiniz?

- Böyük Britaniya və Azərbaycan hər il birgə hökumətlərarası komissiyanın iclasını keçirir. Bu il tədbir Böyük Britaniyada keçiriləcək.

Çox istərdik ki, bu görüş çərçivəsində biznes nümayəndələrinin görüşü də baş tutsun, Azərbaycan biznesini Britaniya biznesinə tanıtmaq istəyirik.

London dünyanın maliyyə mərkəzlərindən biri, bəlkə də bəzi sahələrdə lideri kimi tanınır. Azərbaycanın COP29-a sədrliyinin gətirdiyi üstünlüklərdən yararlanmaq üçün, ola bilsin, şirkətləri ora dəvət edək. Ölkələrimizin hökumətləri arasında yaxşı əlaqələr mövcuddur, lakin biznes strukturları arasında da işgüzar əlaqələri yaxşılaşdırmalıyıq.

“Innovation Zero” və London İqlim Fəaliyyəti Həftəsi kimi tədbirlər Azərbaycanı biznes istiqaməti kimi tanıtmaq, eləcə də Böyük Britaniyada mövcud olan innovasiyalardan yararlanmaq üçün çöx önəmlidir.

Ola bilsin, risklərin azaldılması və karbonsuzlaşdırma ilə bağlı biliklərimizdən də yararlana bilərik. Niyə olmasın ki?

Odur ki, maliyyə sektoru həqiqətən məşğul olmaq istəyəcəyimiz bir şeydir, amma bizneslər arasında qarşılıqlı əlaqə daha çox etmək istədiyimiz bir şeydir.

- Böyük Britaniya hökuməti bu yaxınlarda Con Olderdeysi Azərbaycan və Mərkəzi Asiya üzrə yeni ticarət elçisi təyin edib. Yaxın gələcəkdə onun Bakıya səfəri gözlənilirmi?

- Məncə, hə. Çünki o, yeni hökumətdəndir, ona görə də çoxlu yeni protokollar və buna bənzər şeylər olacaq. Amma o, hökumətlərarası birgə komissiyanın iclasında mütləq iştirak edəcək. Ona görə də əminəm ki, o, orada olacaq, məncə, o, praktiki olaraq tədbirin aparıcısı olacaq.

Hökumətlərarası komissiyanın iclasının dəqiq tarixi hələ müəyyən edilməyib. Bu, hökumətlər səviyyəsində müzakirə olunur. Ancaq deyə bilərəm ki, yəqin ki, bu ilin birinci yarısında, yaz-yay aylarında baş tutacaq.

- Palata Azərbaycanda Britaniya biznesinə dəstəyi gücləndirmək və ölkənizdən yeni şirkətləri cəlb etmək üçün hansı tədbirləri görür?

- Əvvəla, Britaniya şirkətləri Ticarət Palatasının mövcudluğundan xəbərdardır. Yeri gəlmişkən, bu, COP29-un mühüm nəticələrindən biridir - indi bizneslər başa düşürlər ki, Azərbaycan bazarına çıxmaq istəsələr, həmişə bizə müraciət edə bilərlər.

Bakıda keçirilən iqlim konfransı zamanı artıq bir Britaniya şirkəti Azərbaycanın investisiya şirkəti ilə anlaşma memorandumu imzalayaraq bu fürsətdən istifadə edib. Bu razılaşma çox yaxşı qarşılandı və indi Britaniya şirkətləri üçün əməkdaşlıq etmək üçün daha çox imkanlar var, çünki bizim lazımi əlaqələrimiz və resurslarımız var.

Azərbaycana yeni şirkətlər gələndə biz onları hara istiqamətləndirəcəyimizi dəqiq bilirik. Azərbaycan inkişaf edir, daha innovativ və beynəlxalq biznes üçün açıq olur. Biz bazarın əsas oyunçularını tanıyırıq, onlar da bizi tanıyırlar və bu, əməkdaşlıq prosesini maksimum rahat və effektiv edir.

Bundan əlavə, Böyük Britaniya səfirliyinin güclü biznes və ticarət komandası var və onlar da əhəmiyyətli dəstək göstərməyə hazırdırlar. Bundan əlavə, bizim Böyük Britaniyada təcrübələrini bölüşə və ya Azərbaycanda tələbat olan məhsul və xidmətləri təklif edə biləcək digər təşkilatlara da çıxışımız var. Odur ki, bəli, biz bu istiqamətdə fəal işləyirik və ölkələrimiz arasında işgüzar tərəfdaşlığın inkişafına kömək etməyə hazırıq.

- Palata Azərbaycan şirkətlərinin Britaniya bazarındakı fəaliyyətlərini genişləndirməsi üçün onlarla əməkdaşlıq edirmi? Əgər edirsə, hansı şirkətlərlə?

- Britaniya Ticarət Palatası Azərbaycanın Londondakı səfirliyi ilə sıx əlaqələr saxlayır. Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov hər zaman əməkdaşlığa açıqdır və təşəbbüslərimizə dəstək verməyə hazırdır.

Hazırda ixracda maraqlı olan daha çox Azərbaycan şirkətinə kömək etmək üçün Ticarət və Sənaye Palatasının fəaliyyətinin genişləndirilməsini nəzərdən keçiririk.

Bu yaxınlarda bizə Azərbaycanda istehsal olunan bəzi malların idxal tariflərinin aşağı salınmasının mümkünlüyünün öyrənilməsi ilə bağlı müraciət ediblər. Bu məsələ hökumətlərarası komissiyanın müzakirəsinə çıxarıla bilər. Məsələn, Azərbaycan hökuməti Böyük Britaniyaya pambıq və ya tekstil ixracını genişləndirmək istəsə, onlar Britaniya tərəfinə ticarət maneələrinin aradan qaldırılması yollarını nəzərdən keçirməyi təklif edə bilər.

Bir çox Azərbaycan şirkətləri Britaniya bazarına çıxmaq istəyirlər və biz bu işdə onlara kömək etməyə hazırıq. Britaniyada fəal və uğurlu Azərbaycan diasporu var, onlarla əlaqələrin gücləndirilməsi də işgüzar əməkdaşlığın inkişafına kömək edə bilər. Qeyd etmək istərdim ki, Palata Bakıda da yerli şirkətləri dəstəkləməyə çalışır.


Вернуться назад