Главная > Manset / Dünya > Vaşinqton Tramp-Putin görüşünə dair şərtini açıqlandı: Ukrayna danışıqlarında irəliləyiş olmalıdır
Vaşinqton Tramp-Putin görüşünə dair şərtini açıqlandı: Ukrayna danışıqlarında irəliləyiş olmalıdır21-02-2025, 18:10. Разместил: azadses |
Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşü substantiv olmalıdır və Ukrayna üzrə danışıqlarda irəliləyişdən asılıdır. Oxu.Az-ın məlumatına görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricə müsahibəsində deyib. Müsahibə media nümayəndəsinin sosial şəbəkə hesabında paylaşılıb. "Bunun nə vaxt olacağını bilmirəm, amma Prezident Putinlə həmkarı Tramp arasında görüş baş tutmalıdır. O, substantiv olmalıdır. Biz bilməliyik ki, bu görüş nədən ibarət olacaq, orada nəyə nail olunacaq", - deyə Rubio bildirib. Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüş bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, o cümlədən, Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki ölkə prezidentləri arasında görüşlərin təşkilinə həsr olunub. Вернуться назад |