Главная > Manset / Dünya > Venesuelanın Baş Prokuroru: Müxalifət çevriliş cəhdi hazırlamaq üçün USAID-in vəsaitindən istifadə edib

Venesuelanın Baş Prokuroru: Müxalifət çevriliş cəhdi hazırlamaq üçün USAID-in vəsaitindən istifadə edib


Bu gün, 08:54. Разместил: azadses
Sağçı müxalifət Venesuela hökumətinə qarşı çevriliş cəhdi hazırlamaq üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaitindən istifadə edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab “Cable a Tierra” radiostansiyasına müsahibəsində bildirib.

“USAID-dən pul alan venesuelalı sağçı ekstremistlər həmin vəsaitdən qanuni hökumətə qarşı sui-qəsd hazırlamaqda istifadə etdiklərinə görə təhqiqat altındadırlar”, - Saab vurğulayıb.

Onun sözlərinə görə, hazırda özünü prezident elan etmiş Xuan Quaydonun qondarma müvəqqəti hökumətinin USAID-in vəsaitlərindən qeyri-qanuni istifadəyə imkan verən korrupsiya sxemləri ilə bağlı araşdırmalar aparılır.

Saab həmçinin qeyd edib ki, 2023-cü ildə aktivlərin oğurlanması, hakimiyyəti qəsb etmək, sui-qəsd, terror aktlarına köməklik etmək və dövlətə xəyanət ittihamları ilə Quaydo və onun tərəfdaşlarının həbsi və Venesuela ədliyyəsinə təhvil verilməsi üçün İnterpola sorğu göndərilib.


Вернуться назад