Главная > Manset / Dünya > Koreya Respublikasının Prezidenti məhkəməyə gəlib
Koreya Respublikasının Prezidenti məhkəməyə gəlib18-01-2025, 17:20. Разместил: azadses |
Koreya Respublikasının Prezidenti Yun Sok Yol həbs müddətinin uzadılması ilə bağlı dinləmələrdə iştirak etmək üçün Seulun Qərb Dairə Məhkəməsinə gəlib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Keçmiş prezidentlərlə bağlı oxşar iclasların keçirilmə təcrübəsinə əsasən, məsələnin həllinin gecə yarısına qədər uzana biləcəyi ehtimal edilir. Yanvarın 15-də saat 10:33-də həyata keçirilən saxlanma 48 saata qədər nəzərdə tutulub və bu müddət ərzində hüquq-mühafizə orqanı həbs müddətinin uzadılması üçün müraciət edib-etməməyə qərar verməlidir. Lakin yanvarın 16-da prezidentin vəkilləri saxlanmanın qanuniliyinə etiraz etməyə cəhd göstəriblər və buna görə müddət 10 saat 32 dəqiqə uzadılıb. Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi müddətin bitməsinə ən azı 3 saat qalmış order üçün müraciət edib. Daha əvvəl prezidentin vəkili Yun Qap Qın Yun Sok Yolun hüquqşünasların məsləhəti ilə iclasda iştirak edəcəyini bildirmişdi. Вернуться назад |