KİV: 22 ştat Trampın vətəndaşlıq məhdudiyyətinə qarşı məhkəmə iddiası qaldırıb
ABŞ-nin 22 ştatı miqrantların ölkə ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına (doğum hüququ əsasında vətəndaşlıq) məhdudiyyətlər qoyulması ilə bağlı sərəncamına görə prezident Donald Trampa qarşı çıxıb.
“Report” xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Nəşr qeyd edib ki, Arizona və Vaşinqtonun da daxil olduğu başqa bir qrup ştat Trampın imzaladığı qərara qarşı ayrıca iddia qaldırıb.
Nyu-Yorkun baş prokuroru Letisia Ceymsin sözlərinə görə, ABŞ prezidentinin hərəkətləri təkcə konstitusiyaya zidd deyil, həm də son dərəcə təhlükəlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb. Belə ki, ölkədə miqrantların sığınacaqlara yerləşdirilməsi ilə bağlı qadağa və ABŞ ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına məhdudiyyətlər tətbiq edilib.
O, miqrantların vətənlərinə geri dönməsini dəstək göstərmək üçün Pentaqona tapşırıq verib və administrasiyasını “Meksikada qal” proqramını bərpa etməyə çağırıb. Bu proqram çərçivəsində meksikalı olmayan miqrantlar ABŞ-la əlaqəli işlərinə dair qərarı gözləmək üçün Meksikada qalmağa məcbur idilər.