azadses.az » Manset » Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT

Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir.

Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan, Bakının Binəqədi rayon sakini Allahverən Ağayev bildirib ki, E.Mirzəyev ona məxsus olan bahalı avtomobili vəzifəli tanışının köməyi ilə özgəninkiləşdirib.

Şikayətçinin sözlərinə görə, ölkədə olmadığı müddətdə E.Mirzəyev həmin şəxslə əlbir olaraq qeyri-qanuni şəkildə, yəni etibarnamə olmadan 90-ON-364 nömrə nişanlı “Range Rover” markalı avtomobili 18.01.2021-ci il tarixdə saxta yolla başqa şəxsə satıb və ona 185 000 dollar ziyan vurulub:

“Mən başıma gələnlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinə (RPİ) və rayon prokurorluğuna şikayət etdim və bir müddət sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açıldı, Elman Qurbanxan oğlu Mirzəyev həbs edildi. Hazırda Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqı bitmək üzrədir. Məlum oldu ki, mən 2021-ci ildə mən Ukraynada olduğum zaman Elman Mirzəyev mənə məxsus olan avtomobili işlədiyi “Auto Gallery” avtosalonundan qeyri-qanuni şəkildə götürüb və məndən heç bir icazə almadan, etibarnamə belə olmadan maşını həmin şəxslə əlbir olaraq saxta yolla satıblar”.

A.Ağayev başlanmış cinayət işi üzrə Elman Mirzəyevlə yanaşı, ona məxsus avtomobilinin rəsmiləşdirilməsində vasitəçilik etmiş həmin şəxsin də məsuliyyətə cəlb edilməsini xahiş edib.

A.Ağayevin vəkili Vasif İsrafilov da bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun və DİN-in rəhbərliyinə müraciətlər edilib. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.

İddialarla əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, vətəndaş müraciəti əsasında qəbul edilib, dinlənilib, hazırda aidiyyəti üzrə araşdırmalar davam etdirilir:

“Araşdırmaların nəticəsindən asılı olaraq mübahisə predmeti olan avtomobilin hansı formada digər şəxsin adına keçirilməsi aydınlaşdırılacaq”.

Mövzu ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, A.Ağayevin şikayəti əsasında açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir:

“Elman Mirzəyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq hazırda Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qeyd olunan cinayət işi üzrə obyektiv və hərtərəfli istintaqın aparılması təmin edilməklə cinayətlərin törədilməsində iştirakı etmiş şəxs(lər)in əməllərinə, o cümlədən zərərçəkmiş şəxs Allahverən Ağayevin müraciətlərində qeyd etdiyi hallara hüquqi qiymətin verilməsi təmin ediləcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar