azadses.az » Manset » Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq

Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması, əsasən istifadəçilərin şəbəkə qurğularının (router və modemlər) ələ keçirilərək “Wi-Fi” şəbəkə adlarının arzuolunmaz şəkildə dəyişdirildiyi halları müşahidə edilir. “Qafqazinfo” xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən insidentlər araşdırılır. 
Araşdırmalar nəticəsində hücumların baş verməsinin əsas səbəbinin şəbəkə qurğularının təhlükəsizliyi üçün sadə təhlükəsizlik tənzimləmələrinin tətbiq edilməməsinin olduğu müəyyən edilib. Belə ki, qurğular üçün standart və zəif parollardan (admin, password, 12345 və s.), şəbəkə adlarında müəyyənləşdirici məlumatlardan (ad, soyad, telefon nömrəsi, ünvan və s.) istifadə olunub, eləcə də proqram təminatı yeniləmələri aparılmayıb.
Bildiyimiz kimi, evimizdə olan bütün qurğular (telefon, kompüter, smart qurğular və s.) internetə router cihazı vasitəsilə qoşulur. Router düzgün konfiqurasiya olunmadığı, təhlükəsizliklə bağlı vacib sazlamalar aparılmadığı, eləcə də zəif və standart parollardan istifadə olunduğu zaman asanlıqla bədniyyətlilər tərəfindən ələ keçirilə bilər.Router yoluxduqda, bədniyyətlilər tərəfindən istifadəçilərin trafiki izlənilməklə fərdi məlumatları ələ keçirilə, routeri sıradan çıxarıla, şəbəkələrində olan digər cihazlara hücumlar oluna bilər. Məhz bu səbəbdən routerin təhlükəsizliyinin təmin edilməsi kompüterin təhlükəsizliyinin təmin edilməsi qədər vacib hesab olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara vaxt itirmədən aşağıdakı sazlamaları aparmalarını tövsiyə edir:
Aşağıdakı sazlamaları etmək üçün kompüteriniz routerə qoşulu olduqda, veb-brauzerdə routerin IP ünvanını (adətən routerin arxa hissəsində göstərilir) daxil etməklə idarəetmə panelinə daxil olmalısınız. Bu zaman sizdən istifadəçi adı və parol istəniləcək. Bu məlumatlar routerin istifadə təlimatından və ya istehsalçı və modelə görə internetdə axtarış edilməklə əldə edilə bilər.
İlk öncə routerin susmaya görə təyin edilən standart istifadəçi adı və parolunu dəyişin. Bu parollar modelə və istehsalçıya görə asanlıqla internetdən əldə oluna bilər. Bu səbəbdən routeriniz üçün uzun və mürəkkəb parol (böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 10-12 simvol uzunluğunda) seçin və onu başqa şəxslərlə paylaşmayın.
Routerin proqram təminatını (firmware) mütəmadi olaraq yeniləyin. Son nəsil routerlərdə proqram təminatı avtomatik yenilənir, köhnə cihazlar üçün yenilənmə vaxtaşırı manual olaraq yerinə yetirilməlidir. Yenilənmə qəbul etməyən qurğular dəyişdirilməlidir.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar