azadses.az » Manset » “Xankəndidə ucaldılan bayraq Azərbaycanın güclü iradəsinin təsdiqidir" - RƏY

“Xankəndidə ucaldılan bayraq Azərbaycanın güclü iradəsinin təsdiqidir" - RƏY

“Xankəndidə ucaldılan üçrəngli bayraq bütün məsələləri Azərbaycan dövlətinin iradəsinin həll etdiyini təsdiqlədi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, Azərbaycan "Heydər Əliyev İli"ndə və Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ilində növbəti dəfə tarix yazıb: "Şanlı Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldılıb. 2003-cü ilin oktyabrında xalqın etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev bütün torpaqlarımızın işğaldan azad olunmasını bir nömrəli vəzifə kimi qarşıya qoymuşdu. Bu müqəddəs vəzifənin icrası bir an belə təxirə düşmədi. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiqli yer tuta bildi. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün yaratdığımız güclü siyasi və hüquqi zəmin, ordumuzun gücləndirilməsi ədalətin bərpasında həlledici rol oynadı. Təsadüfi deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir".

"Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən ordumuz 23 saat davam edən antiterror əməliyyatı zamanı növbəti dəfə gücümüzü göstərib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlər böyük qələbəni şərtləndirib və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoyub. Dövlət başçımız hər zaman deyib ki, Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən tapşırığı yerinə yetirə bilər”, - Milli Məclisin üzvü xatırladıb.

"Bu günün reallığı bir daha sübut edir ki, 20 il ərzində Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb. Cənab Prezident haqlı olaraq bəyan etdi - “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar. Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın". Bu mesaj həm Ermənistana, həm də onun havadarlarına edilən xəbərdarlıqdır. Heç kim bizi haqlı mövqeyimizdən yayındıra bilməz. Dövlət başçımızın Xankəndidə söylədiyi kimi, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə edib. Bu qələbə kökü 200 il əvvələ gedən problemi kökündən həll edib. Azad olunmuş ərazilərimizdə ucalan şanlı bayrağımız bir daha təsdiqlədi ki, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir", - K.Nurullayeva vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar