azadses.az » Manset » Politoloq: “Belarus İrandan hərbi ləvazimatlar alaraq Rusiya cəbhəsinə ötürə bilər”

Politoloq: “Belarus İrandan hərbi ləvazimatlar alaraq Rusiya cəbhəsinə ötürə bilər”

“Belarus müdafiə naziri Viktron Xrenin dünya ictimai rəyini çaşdırmaq məqsədilə birgə əməkdaşlıq adı altında İrandan raketlər ala və onları Ukraynaya qarşı istifadəsini təmin edə bilər. Çünki Belarusun Rusiya cəbhəsinə qoşulma ehtimalı var. Yəni, bu əməkdaşlıq sadəcə müxtəlif hərbi ləvazimatları alaraq Rusiya cəbhəsinə ötürmək məqsədi güdür”.

Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Belarus müdafiə nazirinin İrana rəsmi səfəri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun İrana səfəri kimi bir şeydir:

“Onların hər ikisini raketqayırma sahəsindəki əməkdaşlıq maraqlandırır. İran elə hesab edir ki, raketqayırma məsələlərində Belarus qabaqdadır və ondan hansısa elmi-texniki yeniliklər əldə edə bilər. Eyni şeyləri həmçinin Belarus da düşünür. Doğrudur, hər ikisi raketqayırma sənayesi ilə ciddi məşğul olurlar. Amma bunun müasir tələblər səviyyəsində olduğunu söyləmək çətindir. Ona görə də birgə əməkdaşlıq nəticəsində raketqayırma sənayesinin yeni texnologiyalarını işləyib hazırlamağı düşünürlər. Zənn etmirəm ki, onlar bu sahədəki əməkdaşlıqları effektiv olmayacaq. Birgə hərbi təlimlərin keçirilməsi də kifayət qədər gülməli görünür. Çünki məsafəcə bir-birindən xeyli uzaqda olan, hərbi potensialı elə də diqqətçəkən olmayan Belarusun hansı şəraitdə, hansı ərazidə və hansı qoşun növləri ilə birgə təlim keçirəcəyini söyləmək olmur”.

Ekspert diqqətə çatdırıb ki, Belarusun məqsədi müharibədə Rusiyanı silahla təchiz edən tərəf olmaqdır:

“Belarus indiyə qədər Rusiyaya kamikadze dronları göndərirdi. İndi Rusiya gah Şimali Koreyadan, gah İrandan raketlər almağa çalışır. İranın orta mənzilli raketlər sahəsində müəyyən uğurları var və elə Rusiya da Ukraynanı yerlə-yeksan etmək üçün bu cür raketlər alıb. Belarus da Rusiya-Ukrayna müharibəsində istifadə üçün İrandan raketləri almağa çalışır. Yəni, iki dövlətin hərbi-siyasi əməkdaşlığı Ukraynaya qarşı çevrilir. Belarus müharibəyə qatılmış kimidir, çünki ərazisində raketlər yerləşdirməklə bağlı Rusiyaya razılıq verib. Üstəlik, Belarus və Rusiya ordularının birləşmiş qərargahı yaradılıb və Rusiyanın bəzi ordu hissələri Belarus ərazisindədir. “Vaqner” ordu qruplaşmalarının Belarusda dislokasiyasından, onların Belarus ordusu ilə hərbi təlim keçməsindən sonra bölgədə yeni müharibə şəraitinin yarandığını demək mümkündür. Çünki “Vaqnerçi”lər Rusiyanın göstərişi ilə həm Polşanı, həm də Baltikyanı respublikaları təhdid edirlər. Bununla bağlı NATO müəyyən tədbirlər görür və görünür “Vaqnerçi”lərin taleyi də Belarus ərazisində həll ediləcək. Bu proses Belarus rəhbərini hakimiyyətdən məhrum edə bilər. Bu mənada güman edirəm ki, hər şey aydın olduqdan sonra Belarusa, İrana qarşı da sanksiyalar gücləndiriləcək, onların bu sahədəki əməkdaşlığı baş tutmayacaq. Çünki ona qədər cəbhənin müxtəlif hissələrində məsələlər həll ediləcək”.

Politoloq İranın nüvə silahı ətrafındakı proseslərə də diqqət çəkərək vurğulayıb ki, İran Belarusla əlaqələrinin olub-olmamasına baxmayaraq, uranın saflaşdırılması prosesini aparır:

“Uranın saflaşdırılma dərəcəsi artıq 81 faizi keçib, 90 faizə yaxındır. Bu isə nüvə silahının hazırlanmasına kifayət edəcək qədər saflaşdırılmış uran deməkdir. Amma digər tərəfdən, həm İsrail, həm ABŞ tərəfi bəyanatlar verərək bildirirlər ki, İran nüvə silahı hazırlamağa yaxınlaşdığı zaman ora hücum əməliyyatları həyata keçiriləcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar