azadses.az » Manset » AMFA: “Azərbaycanda risksiz müştərilər daha çox qadın sahibkarlardır”

AMFA: “Azərbaycanda risksiz müştərilər daha çox qadın sahibkarlardır”

"Bu gün Azərbaycanda banklar üçün risksiz müştərilər daha çox qadın sahibkarlardır".

Bunu “Report”a "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyib.

“Banklar istəyirlər ki, ən risksiz müştərini cəlb etsinlər. Risksiz müştərilər isə əsasən qadınlardır, çünki onlar daha çox uzunmüddətli baxışa sahibdirlər. Qadınlar qısamüddətli baxışa investisiya yatırmaq istəmirlər. Banklar da ona görə qadın sahibkarlığına maliyyə ayırmaqda maraqlıdırlar. Qadın sahibkarların istədikləri məbləğin həcmi kiçik ola bilər, lakın bunun xərci çoxdur. Amma uzunmüddətlilik baxımından qadın sahibkarları bizneslərini dayanıqlı edirlər”, - deyə o qeyd edib.

J.Hacıyevanın sözlərinə görə, Azərbaycanda lakin bir bank və bank olmayan kredit təşkilatı qadın sahibkarları üçün xüsusi məhsullar təklif edilir: “Onların saytlarında qadın sahibkarlarına təklif edilən məhsullar barədə məlumatlar yerləşdirilib. Halbuki 5 il bundan öncə qadın sahibkarlarına ayrı məhsul təklif edilmirdi”.

Assosiasiya rəhbəri vurğulayıb ki, hazırda ölkədə fəaliyyət göstərən bütün banklar və BOKT-lar qadın sahibkarları üçün açıqdırlar.

O deyib ki, Mikromaliyyə Assosiasiyası qadın sahibkarlığı ilə bağlı dinamikanı izləyir: "2014-cü ilə qədər biz banklardan kredit alan qadın sahibkarların statistikasını istəyəndə, bizə deyirdilər ki, bizdə elə bir statistika yoxdur. Lakin bu statistikanın aparılması banklara imkan verir ki, risk dərəcələrini təhlil etsinlər”.

J.Hacıyeva vurğulayıb ki, beynəlxalq banklar qadın sahibkarlığına üstünlük verirlər: "Elə bu hal yerli banklarda maraq yaradıb, bu səbəbdən də onlar qadın sahibkarları ilə bağlı ayrıca statistikasının aparılmasına başladılar”.

Onun sözlərinə görə, Azərbaycanda mikrokredit alan qadın sahibkarların 1996-cı ildə ümumi mikrokredit alanların cəmi 4 %-ni təşkil etdiyi halda, hazırda 32 %-dir: “Bizim statistikaya görə, hər il onların xüsusi çəkisi 27-28 % civarında olur, ancaq son bir ildə bu rəqəm 4 faiz bəndi artıb”.

Kredit faizlərindən danışarkən, J.Hacıyeva bildirib ki, bankların sahibkarlara kreditə verdiyi vəsaitin faiz dərəcəsi biznesin növündən aslıdır: “Burda qadın sahibkarların səriştəsindən asılıdır, o, nə qədər iş görəcəyi sahəni bilir. Bütün bunların hamısı faiz dərəcəsinə təsir edir. Hətta bu gün xarici investorlar banklara kredit verəndə onlar bütün banklara eyni faizlə kredit vermirlər. Onlar yerli bankların risklərini necə idarəetməsinə baxırlar, çox aspekti araşdırırlar”.

O, bölgələrin qadın sahibkarlığında nə dərəcədə fəal olmasından da danışıb: “Şəmkirdən olan qadınlar qadın sahibkarlığı sahəsində liderdirlər. Ölkə üzrə sahibkarlıqla məşğul olan qadınların 38 %-i kənd təsərrüfatı sahəsindədirlər. Kənd təsərrüfatı sahəsi qadınların ərzaq təhlükəsizliyini təmin edir, həmçinin satış bacarıqlarının artırılmasına səbəb olur. Ərzaq təhlükəsizliyti - strateji sahədir, ona görə də qadınlar bu sahəyə önəm verirlər. Qadınların bacarıqları əsasən bu sahədədir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar