azadses.az » Manset » Ayaz Mütəllibov: “Bir vaxlar biz belə Ordumuzun olmasını yalnız arzu edə bilərdik!”

Ayaz Mütəllibov: “Bir vaxlar biz belə Ordumuzun olmasını yalnız arzu edə bilərdik!”

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov son günlər Ermənistan hərbi birləşmələrinin dövlət sərhədimizdə növbəti genişmiqyaslı hücum cəhdindən sonra yaranmış gərgin situasiya ilə bağlı xalqa, siyasi qüvvələrə müraciət edib.
Azad Səs-in məlumatına görə, Ayaz Mütəllibov vətənimizin, xalqımızın növbəti dəfə ağır sınaq, imtahan qarşısında olduğunu deyib: "Bir tərəfdən pandemiya - xəstəlik elan olunmamış “müharibə”ni davam etdırir və bunun törətdiyi fəsadlar olduqca ağırdır: istər insan təlafatı, istərsə də iqtisadi zərərləri göz qabagındadır. Digər tərəfdən isə ermənilərin son xain hucumları əsgər balalarımızın, hətta general, polkovnik və mayorlarımızın şəhid olmasına, gərginliyin daha da artmasına gətirib çıxarıb.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman general, zabit və əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlıği verir, “Allah rəhmət eləsin!”, “Vətən sağ olsun!” deyirəm.
Xalqın səbr kasası haqlı olaraq daşıb. Axı nə qədər gözləmək olar? Nə qədər bu təcavüzkar Ermənistanın nazı ilə oynamaq olar? Axıdılan qanlara, nahaq qurbanlara görə bütün məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür. Erməni siyasətbazları bu vəziyyətdə belə, yenə də öz riyakarlıqlarından əl çəkmirlər. Bütün dünya Azərbaycanın haqq tərəf olduğunu çox gözəl bilir və beynəlxalq hüquq, qanunlar bizim tərəfimizdədir. Amma 30 ilə yaxındı, biz zülm altındayıq, ərazilərimiz işğal olunub. Belə bir vəziyyətdə isə bir sıra təşkilat və dövlətlər bizdən güzəşt tələb edirlər - böyük haqsızlıqdır.
Təcavüzkar tərəf Ermənistandır və onlar dərhal torpaqlarımızı azad edib öz ərazilərinə çəkilməli və soydaşlarımız öz dədə-baba yurdlarına sahib çıxmalıdır. Çünki xalqımız bu işğalla heç zaman barışmayıb və barışmayacaq da...".
Son hadisələrdən söz açan sabiq Prezident siyasi baxışından, əqidəsindən asılı olmayaraq hamının bir nəfər kimi dövlətin ətrafında sıx birləşməli olduğunu bildirib: "Düşmən tərəf ilk növbədə bizim milli birliyimizi pozmağa çalışaraq aramıza təxribat, düşmənçilik toxumu səpməyə cəhd edir.
1991-1992-ci illərin hadisələrini yada salsaq, kifayət edər. O zaman Prezident kimi mən nə qədər çalışsam da, müxalif qüvvələri dəfələrlə müstəqilliyimiz, ərazi bütövlüyümüz naminə dialoqa dəvət etsəm də və bu istiqamətdə konkret addımlar atsam da, faydası olmadı. Hakimiyyətə müxalifyönlü bəzi şəxslər və qruplar xarici mərkəzlərin sifarişi ilə bütün nifrəti erməni təcavüzkarlarının üzərinə yox, Prezidentin hakimiyyətinə doğru yönəltdilər. Halbuki dövlətin, xalqın, ərazimizin müdafiəsində birbaşa məsuliyyət mənim üzərimdə idi. Qəsbkar qonşularımıza qarşı birgə mübarizə əvəzinə, hakimiyyətlə, Prezidentlə mübarizəni üstün tutub dövləti iflic vəziyyətinə saldılar. Nəticədə xalqla rəhbərlik arasında dərin uçurum yarandı, düşmənə qarşı müqavimətimiz zəiflədi ki, bu da torpaqlarımızın işğalına yol açdı. Bu faktı o vaxtkı siyasətçilərin böyük əksəriyyəti yanız indi qəbul edir. Uzun illər biz o illərin “demokrat” adlanan müxalif qüvvələrinin xain əməllərinin əziyyətini çəkdik və hələ çəkməkdə davam edirik...
Amma bu gün vəziyyət tamam fərqlidir. Məndə olan məlumata qörə, əksər siyasi qüvvələr bu çətin, həssas qünlərdə dövlətin və Prezidentin yanında olduqlarını dilə gətiriblər. Alqışlanmağa layiq bir haldır".
Ayaz Mütəllibov bu gün çox güclü, professional, hazırlıqlı Ordumumuzun olduğuna diqqət çəkib: "Bütün lazımi texnika və silahlarla təhciz olunmuşuq, bir vaxlar biz bunu yalnız arzu edə bilərdik. Tam əminliklə demək olar ki, Ordumuz torpaqlarımızı qeri qaytarmağa, bütün ərazimizdə suverenliyimizi bərpa etməyə qadirdir".
O, eks-prezident kimi bir daha bütün xalqı həyati vacib məsələdə dövlətimizə, Ordumuza dəstək verməyə, arxa olmağa, təxribatlara uymamağa, nizam-intizamlı olmağa, ən əsası, olduqca ayıq-sayıq olmağa çağırıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar