Главная > İdman > UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun baş tutacaq
UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun baş tutacaq19-02-2025, 13:05. Разместил: azadses |
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq. "Report"un məlumatına görə, günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçiriləcək. "Real" evdə "Mançester Siti" ilə görüşəcək. "Borussiya" doğma meydanda "Sportinq"i, PSJ isə Liqa 1-in digər təmsilçisi "Brest"i qəbul edəcək. "Yuventus" səfərdə PSV-nin qonağı olacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 19 fevral 21:45. "Borussiya" (Almaniya, Dortmund) - "Sportinq" (Portuqaliya) İlk oyun - 3:0 00:00. PSJ (Fransa) - Brest (Fransa) İlk oyun - 3:0 00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) İlk oyun - 3:2 00:00. PSV (Niderland) - "Yuventus" (İtaliya) İlk oyun - 1:2 Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək. Вернуться назад |