Главная > İdman > Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tur başlayır
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tur başlayır19-02-2025, 12:10. Разместил: azadses |
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura bu gün start veriləcək. "Report"un məlumatına görə, ilk olaraq iki qarşılaşma keçiriləcək. Saat 16:00-da "Abşeron" UNEC-lə üz-üzə gələcək. İki saat sonra "Azərreyl" "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Qeyd edək ki, tura fevralın 22-də "Gəncə" - "Milli Aviasiya Akademiyası" görüşü ilə yekun vurulacaq. Вернуться назад |