Главная > İdman > Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi bu gün başlayır
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi bu gün başlayırDünən, 17:17. Разместил: azadses |
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək. "Report"un məlumatına görə, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək. Qadınlarda isə Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək. Ötən gün tay-breykdə Teymur Rəcəbov Vüqar Əsədlini, Rauf Məmmədov Əhməd Əhmədzadəni üstələyib. Ş.Məmmədyarov və M.İskəndərov daha əvvəl yarımfinala vəsiqəni təmin ediblər. Qadınlardan Günay Məmmədzadə tay-breykdə Səbinə İbrahimovaya, Gülnar Məmmədova Xanım Balacayevaya, Gövhər Beydullayeva isə Türkan Məmmədyarovaya qalib gəlib. Ü.Fətəliyeva daha əvvəl bu raundda iştirakını təmin edib. Azərbaycan çempionatı Yarımfinal mərhələsi Kişilər Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov Rauf Məmmədov - Teymur Rəcəbov Qadınlar Günay Məmmədzadə - Gülnar Məmmədov Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Вернуться назад |