Главная > İdman > "Neftçi" bu gün "Zirə" ilə üz-üzə gələcək
"Neftçi" bu gün "Zirə" ilə üz-üzə gələcəkDünən, 15:40. Разместил: azadses |
"Neftçi" Misli Premyer Liqasının XXII turunda bu gün "Zirə" ilə üz-üzə gələcək. "Report"un məlumatına görə, oyun Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. "Qartallar" 39 xalla üçüncü, "ağ-qaralar" 21 xalla yeddinci pillədə qərarlaşıb. Günün ilk matçında isə "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək. Görüş “Liv Bona Dea Arena”da, saat 16:00-da başlayacaq. Naxçıvan təmsilçisi 43 xalla ikinci, Gəncə klubu 17 xalla 9-cu pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası III dövrə, XXII tur 10 fevral 16:00. “Araz-Naxçıvan” – “Kəpəz” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev. VAR: Rauf Cabarov. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Elman Musayev. “Liv Bona Dea Arena” 19:00. “Zirə” – “Neftçi” Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov. VAR: Rauf Allahverdiyev. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Elgiz Abbasov. Zirə İdman Kompleksinin stadionu Qeyd edək ki, ötən gün "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq. Вернуться назад |