Главная > İdman > Braziliya Superkubokunun matçında yağış səbəbindən fasilə yaranıb
Braziliya Superkubokunun matçında yağış səbəbindən fasilə yaranıbBu gün, 11:19. Разместил: azadses |
Braziliya Superkubokunun "Flamenqo" - "Botafoqo" matçı yağış səbəbindən fasilə yaranıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Botafoqo”nun mətbuat xidməti məlumat yayıb. Görüş Braziliyanın Belen şəhərində keçirilib. Qarşılaşma 15-ci dəqiqədə hesab 1:0 "Flamenqo"nun xeyrinə olarkən dayandırılıb. Aramsız yağan yağış səbəbindən meydança matçı davam etdirmək üçün yararsız hala düşüb. Oyunun başlanğıcında hakim matçı 30 dəqiqə dayandıra, sonra isə onun bərpasını daha yarım saat gecikdirə bilər. Bundan sonra matçın davam etdirilməsinə və ya təxirə salınmasına qərar verilməlidir. Nəhayət, hakimlər komitəsi ilkin fasilədən bir saat sonra matçın davam etdirilməsinə icazə verib. Вернуться назад |