Главная > İdman > KİV: “Liverpul”un sabiq kapitanı “Monako”ya keçmək üçün “Ayaks”la münaqişəyə girib
KİV: “Liverpul”un sabiq kapitanı “Monako”ya keçmək üçün “Ayaks”la münaqişəyə giribBu gün, 09:42. Разместил: azadses |
Hazırda “Ayaks”da çıxış edən “Liverpul”un keçmiş kapitanı Cordan Henderson Amsterdam klubunu tərk edərək Fransanın “Monako”suna keçmək niyyətindədir. “Ayaks” rəhbərliyi hələlik qəti şəkildə bunun əleyhinədir ki, bu da “Qalatasaray”la matç günü münaqişəyə səbəb olub. “Report” xəbər verir ki, bu barədə Niderlandın “Telegraaf” qəzeti yazıb. “Ayaks” “Qalatasaray” üzərində mühüm qələbə (2:1) qazanaraq Avropa Liqasının pley-offuna çıxışını təmin edib. Lakin əsas müzakirə mövzusu amsterdamlıların qələbəsi deyil, Cordan Hendersonun davranışı olub. İngiltərəli futbolçu kapitan kimi meydana çıxmaqdan imtina edib və matçdan əvvəl 2026-cı ilə qədər müqaviləsi olmasına baxmayaraq, “Monako”ya pulsuz keçirilməsini tələb edib. Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda uğursuz dönəmdən sonra Henderson 2024-cü ilin yanvarında “Ayaks”a qoşulub. Yayda formaya düşərək yeni məşqçi Françesko Fariolinin rəhbərliyi altında əsas oyunçuya çevrilib. Lakin indi onun kluba münasibəti rəhbərlik və azarkeşlərdə məyusluq yaradır. Klubdakı mənbə 34 yaşlı yarımmüdafiəçinin inadkar olduğuna diqqət çəkib. Belə ki, “Monako”ya buraxılmasa, Henderson meydana çıxmaqdan imtina edəcək. Artıq “Qalatasaray”la matçda onun əvəzinə kapitan sarğısını qapıçı Remko Pasver taxıb. “Ayaks” Hendersonu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə vacib oyunçu hesab edir. Lakin onun davranışı klubun qərarına təsir edə bilər. Vəziyyətə baxmayaraq, Henderson “Qalatasaray”a qarşı keyfiyyətli oyun nümayiş etdirsə də, komandanın qollarında birbaşa rol almayıb, əvəzlənəndə isə azarkeşlərlə vidalaşarcasına sağollaşıb. Вернуться назад |