azadses.az » İdman » Olimpiya mükafatçısı: “Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm”

Olimpiya mükafatçısı: “Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm”

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi.

Onun həyat şüarı “Nə olursa olsun, yalnız irəli”dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır.

Media.Az-a müsahibəsində karateçi bir sıra maraqlı açıqlamalar verib. O, gündəlik həyatındakı problemləri güc yolu ilə deyil, ünsiyyət vasitəsilə həll etdiyini bildirib.

“Real həyatda heç zaman döyüşməyə məcbur olmamışam və düşünürəm ki, bu, çox yaxşı haldır. Ümumiyyətlə, problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm”, -deyə idmançı bəyan edib.

O, karatenin qadın idman növü olmadığını deyənlərlə razılaşmadığını da bildirib.

“Karateni sevməmək çox çətindir. təsəvvür edin ki, 16 yaşınadək iştirak etdiyim bütün yarışlardan medalla qayıtmışam. Ən böyük arzum isə Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Ümid edirəm ki, karate bir daha Olimpiadada təmsil olunacaq”, -deyə Zaretskaya qeyd edib.

Xanım idmançı kumirinin kim olduğuna da aydınlıq gətirib.

“Karate üzrə kumirim əlbəttə ki, Rafael Ağayevdir. Rafael həqiqətən də əfsanəvi idmançıdır. O, uşaqlıqdan bəri mənim rol modelimdir. Onunla söhbət edərkən başa düşürəm ki, Rafael yalnız məsuliyyətli və yaxşı idmançı deyil, həm də gözəl insandır. Bütün uğurlarına görə son dərəcə xoşbəxtəm. Düzü,Tokiodan da “qızıl”la gəlməyimizi çox istəyirdim. Bu medala layiq idik ...

Rafael bənzərsizdir, xüsusi texnikası var. İndi məni dəstəkləyən və inanan dostlarımdan biri olması məni sevindirir. Mən də öz işim və nəticələrimlə özümə qarşı bu münasibəti qazanmağa çalışmışam”, - deyə dünya çempionu əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar