Главная > Hadisə > Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib

Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib


25-01-2025, 15:30. Разместил: azadses
2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Kotec qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад