azadses.az » Hadisə » “Gecə klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub?”

“Gecə klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub?”

"İnsan ölümünə səbəb olan, şəhərin mərkəzində baş verən hadisənin bir daha təkrarlanmaması üçün aidiyyəti qurumların hesabat verməsi, təqsirkarların cəzalanmasının gündəmə gətirilməsi daha doğru olardı".

"Azadsəs.az" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb.

"Partlayış baş verən gecə klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub?" sualı ilə çıxış edən O.Gündüz bildirib ki, 2018-ci il 3 iyul tarixli enerji böhranından sonra Prezident yanında müşavirə keçirilirdi:

"Müşavirədə fövqalədə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək FHN–in öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin "Azərenerji" tərəfindən icra edilmədiyini bildirmişdi. 2019-cu il 28 mart tarixdə isə "Diqlas"da baş verən yanğınla bağlı da Prezident yanında müşavirə keçirilirdi. Müşavirədə FHN rəhbəri Kəmaləddin Heydərov çıxış edərək onun rəhbərlik etdiyi Nazirlik tərəfindən verilən tapşırıqların Nizami Rayon İcra hakimiyyəti və Ticarət Mərkəzinin sahibi tərəfindən icra edilmədiyini bildirmişdi. Bu gün gecə klubunda baş verən partlayışla bağlı Baş Prokurorluq səhlənkarlıq-ehtiyatsızlıqdan ölümə səbəbolma ilə bağlı cinayət işi başlayıb. Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqı Baş Prokurorluq aparacaq. Prokurorluq da açıqlamasında hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış propan qaz balonundan sızma nəticəsində baş verməsini qeyd edib. FHN isə partlayış olan obyektdə qaz balonundan istifadəyə icazənin olmasına, kimin, hansı qurumun icazə verməsinə və partlayışın səbəblərinə hələlik rəsmi münasibət bildirməyib".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar