Главная > Dünya > Alyaskada 5,8 maqnitudalı zəlzələ baş verib

Alyaskada 5,8 maqnitudalı zəlzələ baş verib


14-02-2025, 14:00. Разместил: azadses
ABŞ-nin Alyaska ştatında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar 298 minə yaxın insanın yaşadığı Ankoric şəhərindən 679 km cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 25 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.


Вернуться назад