Главная > Dünya > Almaniya kansleri hərbi xərcləri artırmağa çağırıb
Almaniya kansleri hərbi xərcləri artırmağa çağırıb14-02-2025, 10:31. Разместил: azadses |
Almaniya kansleri Olaf Şolts Avropanın ABŞ-nin bərabərhüquqlu müttəfiqi olaraq qalmasını təmin etmək üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. "Biz təhlükəsizliyimiz üçün daha çox işlər görməliyik ki, sülh içində yaşamağa davam edək. Şübhəsiz, müdafiə xərclərimiz əhəmiyyətli dərəcədə artmağa davam etməlidir”, - Şolts vurğulayıb. Almaniya kanslerinin sözlərinə görə, NATO-nun ÜDM-in 2 %-i hədəfinə çatmaq üçün 2028-ci ildən federal büdcədən əlavə 30 milyard avroya ehtiyac olacaq. Şolts həmçinin əlavə edib ki, o, Avropa İttifaqı daxilində müdafiə sahəsinə investisiyaların qoyulması ilə bağlı müzakirələri təşviq edəcək. Вернуться назад |