Главная > Dünya > Xarici aviaşirkətlər Rusiya ilə Braziliya arasında uçuş hüququ əldə edə bilər
Xarici aviaşirkətlər Rusiya ilə Braziliya arasında uçuş hüququ əldə edə bilərBu gün, 11:19. Разместил: azadses |
Nəqliyyat Nazirliyi beşinci azadlıq hüququ əsasında Rusiya və Braziliya arasında uçuşlar həyata keçirmək üçün dost ölkələrin xarici aviaşirkətlərinin cəlb edilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə “Report” “TASS”a istinadən xəbər verir. Beşinci azadlıq hava daşıyıcılarına əgər uçuş öz ölkəsində başlayırsa və ya bitirsə iki xarici dövlət arasında uçmağa imkan verir. Qeyd olunub ki, Rusiya aviaşirkətlərinin Braziliyaya uçuşları bərpa etməsi hazırda onların birbaşa uçuş həyata keçirə bilən təyyarələrinin olmaması səbəbindən mümkün deyil. Buna baxmayaraq, Braziliya aviaşirkətləri Rusiyaya birbaşa uçuşlar həyata keçirməyi təklif edərlərsə, müvafiq icazələr hazırlana bilər. Вернуться назад |