Главная > Dünya > ABŞ-də 6 və 8-ci sinif şagirdlərinin 70 faizinin oxu və riyaziyyat bacarıqları zəifdir

ABŞ-də 6 və 8-ci sinif şagirdlərinin 70 faizinin oxu və riyaziyyat bacarıqları zəifdir


Bu gün, 08:00. Разместил: azadses
ABŞ-də orta məktəb məzunlarının təxminən 70 faizi (6-8-ci siniflər - Qeyd) zəif oxuma və hesablama bacarıqlarına malikdir.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.

“Qarşımda statistika mövcuddur. Hər il təhsilə yüz milyardlarla dollar xərclənməsinə baxmayaraq, səkkizinci sinif şagirdlərinin 70 faizi riyaziyyat və oxumaqda orta səviyyədən aşağıdır”, - deyə o əlavə edib.

O vurğulayıb ki, mövcud təhsil sistemi işləmir, buna görə də ABŞ prezidenti Donald Tramp ştatların və valideynlərin övladlarının necə təhsil alması ilə bağlı daha çox söz sahibi olmasını istəyir.


Вернуться назад