Главная > Dünya > KİV: Starmerin şəxsi e-poçtu 2022-ci ildə ələ keçirilib

KİV: Starmerin şəxsi e-poçtu 2022-ci ildə ələ keçirilib


Dünən, 16:30. Разместил: azadses
Böyük Britaniyanın hazırkı Baş naziri Kir Starmerin şəxsi elektron poçtu 2022-ci ildə müxalif İşçi Partiyasının lideri olarkən ələ keçirilib.

“Report” xəbər verir ki, bu barədə “The Times” və “The Sunday Times” qəzetlərinin jurnalistləri Patrik Maquayr və Qabriel Poqrandın “Get In” kitabında deyilir.

Publisistlərin fikrincə, Britaniya kəşfiyyat xidmətləri elektron poçtun sındırılmasının arxasında Rusiya ilə əlaqəsi olan hakerlərin ola biləcəyini güman edirdilər. “The Times”ın sitat gətirdiyi və Leyboristlər Partiyasının müasir strukturundan bəhs edən kitabda qeyd olunur ki, hadisədən sonra Starmer şəxsi e-poçt ünvanını dəyişmək məcburiyyətində qalıb.

Starmer 2024-cü ilin iyulunda İşçi Partiyasının ümumi seçkilərdə qalib gəlməsindən sonra Böyük Britaniyanın Baş naziri olub. Səsvermə nəticəsində leyboristlər 650 yerlik İcmalar Palatasında (parlamentin aşağı palatası) 412 mandat qazanmağa və 14 il müxalifətdə qaldıqdan sonra hakimiyyətə qayıtmağa nail olublar.


Вернуться назад