Главная > Dünya > Gürcü spiker: ABŞ-nin təşkilatı ölkəmizdə siyasi qarışıqlıq üçün fəaliyyət göstərib
Gürcü spiker: ABŞ-nin təşkilatı ölkəmizdə siyasi qarışıqlıq üçün fəaliyyət göstəribDünən, 10:31. Разместил: azadses |
ABŞ-nin Dövlətlərarası Demokratiya Fondu (NED) Gürcüstanda siyasi qarışıqlıq üçün fəaliyyət göstərib. “Report”un yerli bürosu xəbər verir ki, belə iddia ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib. Spiker NED-in fəaliyyətini tənqid edərək, onu “cinayətkar təşkilat” adlandırıb. Ş.Papuaşvili sosial şəbəkədəki paylaşımında NED-in radikal, dezinformasiyanı yaymaqla məşğul olan partiyaları, qurumları maliyyələşdirməsi səbəbindən təşkilatın fəaliyyətinin şübhəli və fırıldaqçı olduğunu qeyd edib. Spiker 2020-2021-ci illərdə NED-in Gürcüstanda siyasi vəziyyəti gərginləşdirməyə cəhd etdiyini deyib. O, NED-in maliyyələşdirdiyi “Pirveli” telekanalının, 2021-ci il yerli seçkilərindən əvvəl, hökumətə qarşı təzyiq yaratmağa çalışan saxta araşdırmalar yaydığını bildirib. Bundan əlavə, NED-in müxtəlif qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərərək, Gürcüstanda siyasi mühitin manipulyasiya edilməsinə çalışdığını vurğulayıb. Papuaşvili, NED-in müxalifət nümayəndələrini dəstəkləmək və radikal etirazları təşviq etmək üçün hərəkətə keçdiyini də iddia edib. O, bu fəaliyyətləri açıq şəkildə pisləyərək, təşkilatın qeyri-qanuni müdaxilələrini və radikal siyasətləri barədə daha çox məlumat toplamağı planlaşdırdıqlarını qeyd edib. Qeyd edək ki, Dövlətlərarası Demokratiya Fondu (“National Endowment for Democracy” - red) ABŞ hökuməti tərəfindən 1983-cü ildə yaradılmış qeyri-kommersiya təşkilatıdır. NED dünyanın müxtəlif regionlarında demokratik inkişafı dəstəkləmək, insan hüquqları, sərbəst seçkilər və vətəndaş cəmiyyətinin inkişafı sahələrində fəaliyyət göstərən layihələri maliyyələşdirir. Fond əsasən, ABŞ-nin xarici siyasətini dəstəkləmək məqsədini güdür və müxtəlif dövlətlərdə demokratiyanın inkişafının təşviqi üçün qeyri-hökumət təşkilatları və yerli qurumlarla əməkdaşlıq edir. NED-in ABŞ-nin xarici maraqlarını yaymaq məqsədilə digər ölkələrin daxili işlərinə müdaxilə etdiyi də iddia olunur. Вернуться назад |