Главная > Dünya > Yeni "iPhone" barədə məlumatlar sızdı
Yeni "iPhone" barədə məlumatlar sızdıBu gün, 17:21. Разместил: azadses |
Nüfuzlu insayder "billbil-kun" "Apple"dan yeni büdcəli smartfon modeli "iPhone" SE 4-ün görünüşü haqqında məlumat paylaşıb. Oxu.Az "Dealabs"a istinadən xəbər verir ki, cihazın bu ilin aprelində buraxılması planlaşdırıldığı iddia edilir. Məlumata görə, "iPhone" SE 4 ekranı "iPhone" 14, 13 və 13 Pro modelləri ilə eyni ölçüdə - hündürlüyü 14,67 sm və eni 7,15 sm olacaq. Ümumilikdə, yeni cihazın dizaynı əvvəlki "Apple" smartfon modellərinə bənzəyəcək. SE 4-ün 6,1 düymlük OLED displey, "Face ID", 48 meqapiksellik kamera və artırılmış operativ yaddaşa malik olacağı deyilir. Вернуться назад |