Главная > Dünya > "Tottenhem" Moretto üçün 25 milyon avro ödəməyə hazırdır

"Tottenhem" Moretto üçün 25 milyon avro ödəməyə hazırdır


Bu gün, 10:31. Разместил: azadses
İtaliyanın "Milan" klubu İngiltərənin "Tottenhem" klubuna 27 yaşlı mərkəz müdafiəçisi Fikayo Tomorini təklif edib.

“Report” xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto “X” sosial şəbəkəsində yazıb.

Məlumata görə, London klubu ingilis futbolçunun transferi üçün bonusları nəzərə alaraq, İtaliya nəhənginə 25 milyon avro ödəməyə hazırdır.

Tomori 2021-ci ilin yayına kimi “Milan”a transferinə qədər yetirməsi olduğu “Çelsi” akademiyasında olub. Cari mövsüm müdafiəçi bütün turnirlərdə 21 matçda oynayıb və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, Fikayo Tomorinin bazar qiyməti 22 milyon avrodur.


Вернуться назад