Главная > Dünya > BMT Koqnoda döyüşlərdə 700 nəfər öldürülüb

BMT Koqnoda döyüşlərdə 700 nəfər öldürülüb


Bu gün, 08:00. Разместил: azadses
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində (Şimali Kivu əyalətinin paytaxtı) hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə azı 700 sakin həlak olub, daha 2,8 min nəfər yaralanıb.

“Report” AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

“Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşları Konqo hökuməti ilə birlikdə yanvarın 26-dan 30-a kimi qiymətləndirmə aparıb və müəyyən edib ki, 700 nəfər ölüb, 2 800 nəfər yaralanıb”, - məlumatda deyilir.

Dujarrik əlavə edib ki, bu rəqəmlər arta bilər.


Вернуться назад