Главная > Dünya > Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Ermənistanda keçmiş komitə sədri saxlanılıbBu gün, 09:42. Разместил: azadses |
Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb. “Report” xəbər verir ki, bu barədə "Factor TV" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb. "Digər təfərrüatlar hələ məlum deyil, onun vəkilinin şərhini ala bilmədik", - Factor TV bildirib. Xatırladaq ki, Arman Saakyan Ermənistan parlamentinin keçmiş sədri (2014-2017-ci illərdə -red) Qalust Saakyanın oğludur. A.Saakyan özü də Ermənistan parlamentinin deputatı, İrəvan merinin müavini olub. O, eyni zamanda "Sovrano" şirkətinin sahibidir. Вернуться назад |