Главная > Dünya > Rubio: ABŞ münaqişələrin qarşısını almaq üçün öz maraqlarını qurban verməyəcək
Rubio: ABŞ münaqişələrin qarşısını almaq üçün öz maraqlarını qurban verməyəcəkBu gün, 17:20. Разместил: azadses |
“Donald Trampın rəhbərlik etdiyi hazırkı Amerika administrasiyası bütün dünyada sülhün bərqərar olmasına çalışacaq, lakin müəyyən münaqişələrin qarşısını almaq üçün öz milli maraqlarını və dəyərlərini qurban verməyəcək”. “Report” xəbər verir ki, bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio deyib. “Başa düşürük ki, çox təəssüflər olsun ki, insanlar arasında qarşılıqlı əlaqə, insan təbiəti ucbatından münaqişələr olacaq. Biz bunların qarşısını almağa çalışacağıq, lakin bu heç vaxt milli təhlükəsizliyimiz, maraqlarımız, bir ölkə və xalq olaraq əsas dəyərlərimiz bahasına olmayacaq. Bütün ölkələr öz milli maraqlarını təbliğ etməklə məşğuldur. Belə hallarda və ümid edirəm ki, milli maraqlarımızın üst-üstə düşdüyü yerdə biz birlikdə işləməyə çalışacağıq”, - deyə, o əlavə edib. Вернуться назад |