Главная > Dünya > Livan prezidenti: İsrail yanvarın 27-dək ölkənin cənubunu tərk etməlidir
Livan prezidenti: İsrail yanvarın 27-dək ölkənin cənubunu tərk etməlidirDünən, 14:00. Разместил: azadses |
İkitərəfli atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, İsrail yanvarın 27-dək Livanın cənubunu tərk etməlidir. “Report” xəbər verir ki, bunu ölkənin Prezidenti Cozef Aun Beyrutda İspaniyanın müdafiə naziri Marqarita Robleslə görüşündə deyib. Onun sözlərinə görə, İsrailin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sərhədyanı ərazilərdə gərginliyin davam etməsinə səbəb olacaq, təcavüz zamanı dağıdılmış yaşayış məntəqələrinin bərpası və oradakı köçkünlərin geri qayıtması prosesini ləngitəcək. Prezident qeyd edib ki, Livanın haqlı tələbi yanvarın 16-18-də Beyrutda səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən tam dəstəklənib. Вернуться назад |