Tacikistanın keçmiş XİN rəhbəri 27 il müddətinə azadlıqdan məhrum edilib
- Bu gün, 14:00
- Dünya
Dövlət çevrilişinə cəhddə ittiham olunan Tacikistanın keçmiş xarici işlər naziri Hamroxon Zərifi və bir sıra digər siyasətçilər məhkəmə tərəfindən 18 ildən 27 ilə qədər həbs cəzasına məhkum ediliblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Ali Məhkəməsi sədrinin birinci müavini Şavkat Lutfullozoda mətbuat konfransında bildirib.
O qeyd edib ki, ölkənin sabiq xarici işlər naziri, eləcə də parlamentin keçmiş deputatı və Demokratik Partiyanın sədri Səidcəfər Usmonzoda 27 il, Demokratik Partiya sədrinin keçmiş müavini, jurnalist Axmadşoh Komilzoda 18 il, Tacikistan Sosial-Demokrat Partiyası sədrinin müavini, hüquqşünas Şokircon Hakimov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bu iş üzrə təqsirləndirilən digər şəxslər - Tacikistan Ali Şurasının keçmiş sədri, 1991-1992-ci illərdə ölkə prezidenti vəzifəsini icra etmiş Akbarşo İskandarov 18 il, təhlükəsizlik orqanlarının keçmiş əməkdaşı Nuramin Qənizoda 18 il, Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Əbdülfayz Atoi 17 il müddətinə həbs cəzasına məhkum ediliblər.